Главная > Siyasət / Manset > Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO


29-05-2022, 15:48. Разместил: admin
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 30 150 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1 338 tankı, 3 270 zirehli döyüş maşını, 631 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 207 təyyarəsi, 174 helikopteri, 2 240 avtomobil texnikası, 13 gəmisi, 504 kəşfiyyat PUA-sı, 48 xüsusi texnikası, 116 qanadlı raketi məhv edilib.


Вернуться назад