Главная > Siyasət / Manset > Belarus Ukrayna ilə sərhəd rayonlara girişi məhdudlaşdırır

Belarus Ukrayna ilə sərhəd rayonlara girişi məhdudlaşdırır


28-05-2022, 22:28. Разместил: admin
Belarus hökuməti Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonunda giriş-çıxışı məhdudlaşdırıb və sərhəd zolağına keçidləri dayandırıb.

Bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb:

“Sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə 2022-ci il iyunun 1-dən avqustun 31-dək Qomel vilayətinin Bragin, Loyevski və Xoinitski rayonlarının ərazisində vətəndaşların sərhəd zolağına girişi müvəqqəti olaraq məhdudlaşdırılır”.

Belarusun Xoinitski və Braginski rayonları Kiyev vilayəti ilə, Loyevski isə Çerniqov vilayəti ilə həmsərhəddir.

Bu həftənin əvvəlində Belarusun rəsmi lideri Aleksandr Lukaşenko Cənub hərbi komandanlığının yaradılması barədə göstəriş verib .

O bildirib ki, yeni əməliyyat komandanlığının yaradılmasını gözləmədən Ukrayna sərhədinə yeni bölmələr göndərilməlidir.
Вернуться назад