Главная > Siyasət / Manset > Fuad Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”
Fuad Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”28-05-2022, 10:12. Разместил: admin |
“Baş nazir Əli Əsədovla həmsədrlik etdiyim Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası ilə ticarətdən nəqliyyata, enerjidən sənayeyə qədər 15 milyard dollarlıq hədəfə doğru addımlar atılır. Bir çox sahələri əhatə edən fəaliyyət planları həyata keçiririk. Bu il 10-cu toplantımızı keçirəcəyik”. “Report” xəbər verir ki, bunları Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Fuad Oktay vurğulayıb ki, Türkiyə Prezidenti məhz Müstəqillik Günündə Azərbaycana səfər edəcək: “Texnologiya məşəli ilk dəfə Anadoludan xaricdə alovlandı və festival Azərbaycanda başladı”. “Azərbaycan bizim üçün daim can Azərbaycandır. 100 il öncə necə idisə, bu gün də eyni şəkildə könül birliyi içindəyik”, - Fuad Oktay əlavə edib. Вернуться назад |