Главная > Siyasət / Manset > Podolyak: “Belarus ordusu üçün Ukrayna ərazisinə girmək intihardır”

Podolyak: “Belarus ordusu üçün Ukrayna ərazisinə girmək intihardır”


27-05-2022, 09:13. Разместил: admin
Lukaşenko hakimiyyətdə olduğu müddətdə daim təxribatlara əl atıb. Ukrayna ilə sərhəddə operativ komandanlığın yaradılması ilə bağlı xəbərlər də bu qəbildəndir.

Bunu Ukrayna milli telemarafonunun efirində ölkənin Preizdent Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyakın sözlərinə görə, Lukaşenko bu cür bəyanatlar verir ki, öz “tərəfdaşlarını” sevindirsin. Bəyanatın özü isə təxribatdan başqa bir şey deyil.

“Hakimiyyətdə olduğu müddətdə o, daimi təxribatlara, bu cür bəyanatlara öyrəşib. Bu, tərəfdaşlar üçün edilir. Hesab edirəm ki, Belarus ordusunun Ukrayna ərazisinə daxil olması intihardır”, - deyə müşavir bildirib.
Вернуться назад