Главная > Siyasət / Manset > Zelenski: “Ukrayna Çinin siyasətindən razıdır”

Zelenski: “Ukrayna Çinin siyasətindən razıdır”


25-05-2022, 18:47. Разместил: admin
“Çin Ukrayna-Rusiya müharibəsi ilə bağlı bitərəf siyasət seçib və bu, təcavüzkara kömək etməkdən yaxşıdır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“İnanıram ki, Ukrayna məhz bu siyasətdən razıdır. Bu, istənilən halda Rusiya Federasiyasına kömək etməkdən yaxşıdır. İnanmaq istərdim ki, Çin bunun arxasında başqa siyasət aparmayacaq. Ona görə də biz bu status-kvodan razıyıq. Mən Çinin Ukraynaya qarşı hər hansı addımını görmürəm. Amma təəssüf ki, heç bir dəstək görmürəm”, – deyə Davosda Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edən Ukrayna lideri qeyd edib.

Zelenski vurğulayıb ki, müharibədən əvvəl Ukrayna Çinlə ən böyük ticarət dövriyyəsinə malik idi. Ukrayna prezidentinin sözlərinə görə, Çində nəsə çatışmır. Ola bilsin ki, ABŞ-la fərqli münasibətlər.

“Düşünürəm ki, ABŞ Çinlə münasibətlərə təsir göstərə bilər, sonra bütün bunlar Rusiyaya təsir edəcək”, - deyə prezident əlavə edib.
Вернуться назад