Главная > Siyasət > Mark Zukerberq məhkəməyə verildi
Mark Zukerberq məhkəməyə verildi24-05-2022, 10:13. Разместил: admin |
ABŞ-ın Kolumbiya paytaxt dairəsinin baş prokuroru Karl Rasin “Meta” şirkətinin rəhbəri Mark Zukerberqi istifadəçi məlumatlarını “Cambridge Analytica” analitik firması ilə paylaşdığına görə məhkəməyə verib. Müvafiq iddia məhkəmənin məlumat bazasında dərc edilib. Rasin Zukerberqi milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarını yaymaqda, eləcə də məxfiliyin qorunması ilə bağlı istifadəçiləri aldatmaqda ittiham edib. O, bildirib ki, korporativ liderlər, o cümlədən şirkət rəhbərləri öz hərəkətlərinə görə cavabdehlik daşımalıdır. Вернуться назад |