Главная > Siyasət > Baş nazir Estoniya parlamentinin sədri ilə görüşdü
Baş nazir Estoniya parlamentinin sədri ilə görüşdü23-05-2022, 19:19. Разместил: admin |
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Вернуться назад |