Главная > Siyasət / Manset > Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb - SİYAHI
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb - SİYAHI23-05-2022, 18:30. Разместил: admin |
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın: Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |