Главная > Siyasət / Manset > Səfir: “Ukrayna Finlandiya və İsveç kimi tez bir zamanda NATO-ya üzv ola bilər”

Səfir: “Ukrayna Finlandiya və İsveç kimi tez bir zamanda NATO-ya üzv ola bilər”


19-05-2022, 20:19. Разместил: admin
“Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar Finlandiya və İsveçdə olduğu kimi tez verilə bilər”.

Bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bildirib.

“Bir şey dəqiqdir: biz mümkün qədər tez NATO-ya daxil olmaq istəyirik. Bu isə İsveç və ya Finlandiyadakı kimi tez baş verə bilər. Ukraynanın tez bir zamanda Alyansa inteqrasiyası üçün yalnız sırf siyasi qərar tələb olunur”, – deyə o qeyd edib.

Diplomat əlavə edib ki, hazırda Ukraynanın NATO-ya üzvlük şansı fevralın 24-dən əvvəlki vaxtdan qat-qat yüksəkdir. Melnik vurğulayıb ki, ukraynalıların əksəriyyəti Alyansa qoşulmağı dəstəkləyir.
Вернуться назад