Главная > Siyasət / Manset > İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı
İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı18-05-2022, 09:40. Разместил: admin |
“Bloomberg” agentliyi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində Türkiyənin tələblərini açıqlayıb. Məlumata görə, Ankara İsveç və Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyasının və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib. Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksi üzərindən sanksiyaların götürülməsini və ya analoji “Patriot” sistemlərilə təchiz edilməsini tələb edir. Вернуться назад |