Главная > Siyasət / Manset > Putin Avropanın enerji sanksiyalarını “iqtisadi intihar” adlandırdı
Putin Avropanın enerji sanksiyalarını “iqtisadi intihar” adlandırdı17-05-2022, 19:49. Разместил: admin |
“Təbii ki, tərəfdaşlarımızın atdığı bu balanssız addımlar təkcə Avropa iqtisadiyyatına zərər vermir, həm də Rusiyanın neft və təbii qaz gəlirlərini artırır. Rusiyanın enerji resursları da başqa regionlara istiqamətlənəcək. Belə bir iqtisadi intihar, təbii ki, Avropa ölkələrinin daxili işidir”. “Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada hökumət və bəzi şirkət rəsmiləri ilə keçirdiyi görüşdə neft sektoru ilə bağlı qiymətləndirmələr aparan zaman deyib. Putin bildirib ki, Avropa bəzi siyasi maraqları və ABŞ-ın təzyiqi ilə enerji sektoruna müxtəlif məhdudiyyətlər qoymağa başlayıb: "Bu, inflyasiyaya səbəb olur. Onlar səhvlərini etiraf etməkdənsə, günahkar axtarırlar. Qərb siyasətçiləri və iqtisadçıları sadə, əsas iqtisadi qanunların əsaslarını unudublar və ya onlar bunu öz ziyanlarına olacaq şəkildə qəsdən görməzdən gəlməyi seçiblər". Rusiya lideri sanksiyalar səbəbindən neft və dizel kimi məhsulların qiymətlərində əhəmiyyətli artımlar olduğuna diqqət çəkib: “Rusiyanın enerji qaynaqlarından imtina etməsi Avropanın sistematik olaraq dünyada enerji xərclərinin ən yüksək olan bölgəsinə çevrilməsi deməkdir". Avropanın enerji sektorunda atdığı addımları tənqid edən Putin deyib: "Neft bazarlarında tektonik dəyişiklik var və köhnə modellə ticarət etmək artıq mümkün deyil. Yeni şəraitdə təkcə neft hasil etmək mümkün deyil, həm də son istehlakçıya qədər bütün şaquli zəncirin yaradılması vacibdir”. Вернуться назад |