Главная > Siyasət > Ukraynada rusiyayönümlü partiyaların fəaliyyəti qadağan edildi
Ukraynada rusiyayönümlü partiyaların fəaliyyəti qadağan edildi15-05-2022, 13:41. Разместил: admin |
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyayönümlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun imzalayıb. “Azadsəs.az”ın xəbərinə görə, bu haqda Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya məlumat yayıb. O qeyd edib ki, qanun dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək. Qeyd edək ki, qanun mayın 1-i qəbul edilib. Müvafiq qərarın qəbul edilməsinə 330 deputat səs verib. Вернуться назад |