Главная > Siyasət / Manset > Deputat etiraz aksiyaları keçirmək istəyənləri “beşinci kolon” adlandırdı
Deputat etiraz aksiyaları keçirmək istəyənləri “beşinci kolon” adlandırdı13-05-2022, 14:47. Разместил: admin |
“Qərb fondları və institutları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır”. Azadsəs.az -ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Cavid Osmanov deyib. O bildirib ki, Azərbaycandakı bəzi qüvvələr həmin fondların sifarişini yerinə yetirir. “Həmin qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Amma onlar öz istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib”, - deyə Cavid Osmanov əlavə edib. Deputat həmin qüvvələri “beşinci kolon” adlandırıb. Вернуться назад |