Главная > Siyasət / Manset > Ömər Çəlik: “Cənab Ərdoğan və cənab Əliyevin iradəsi bölgədə sülh istiqamətindədir”

Ömər Çəlik: “Cənab Ərdoğan və cənab Əliyevin iradəsi bölgədə sülh istiqamətindədir”


13-05-2022, 10:21. Разместил: admin
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik mətbuata açıqlamalarla çıxış edib.

O, çıxışında Ermənistanla Türkiyə arasındakı normallaşma prosesinə, eləcə də Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətindəki səylərinə də toxunub.

“Biz Ermənistanla normallaşma prosesini yaxından izləyirik. Ancaq görürük ki, erməni diasporunda bəzi şəxslər burada təxribat törətmək istəyirlər”, - deyə Çəlik bildirib.

Partiya sözçüsü normallaşma danışıqlarının konstruktiv və hədəf yönümlü şəkildə davam etdiyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbayan Prezidenti İlham Əliyevin bölgədə sülh üçün göstərdikləri iradənin məhz bu istiqamətdə olduğunu qeyd edib.
Вернуться назад