Главная > Siyasət / Manset > Rusiya Polşadan üzr istəməsini tələb etdi

Rusiya Polşadan üzr istəməsini tələb etdi


12-05-2022, 13:00. Разместил: admin
Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə qarşı “qeyri-adi hücum aktı” ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi Moskva bu hadisəni Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir. XİN Polşanın əsas öhdəliklərindən birini yerinə yetirmədiyini - rus diplomatlarının toxunulmazlığını təmin etmədiyini vurğulayıb.

“Kraevskiyə bildirilib ki, Rusiya tərəfi baş verənlərlə bağlı Polşa rəhbərliyindən rəsmi üzrxahlıq gözləyir və Rusiya səfirinin və Polşadakı Rusiyanın xarici nümayəndəliklərinin bütün əməkdaşlarının təhlükəsizliyini təmin etməyi tələb edir”, - deyə məlumatda bildirilir.

Polşanın daxili işlər naziri Mariuş Kaminski isə bildirib ki, Polşa hakimiyyəti Rusiya səfirinə mayın 9-da Varşavada gül dəstəsi qoymağı tövsiyə etməyib. O, aksiya iştirakçılarının bu emosiyalarının başa düşülən olduğunu bildirib.
Вернуться назад