Главная > Siyasət / Manset > Rusiyanı BMT-nin İnsan Hüquqları Şurasında əvəz edəcək ölkə məlum oldu
Rusiyanı BMT-nin İnsan Hüquqları Şurasında əvəz edəcək ölkə məlum oldu11-05-2022, 11:51. Разместил: admin |
BMT Baş Assambleyası böyük səs çoxluğu ilə beynəlxalq insan hüquqları təşkilatının aparıcı orqanında Çexiyanın Rusiyanı əvəzlənməsinə səs verib. Çexiya 47 üzvü olan qurumda boş qalan yer üçün yeganə namizəd olub. Belə ki, Cenevrə komissiyasındakı yerlər regional qruplar arasında bölünüb və yalnız Şərqi Avropa ölkəsi Rusiyanı əvəz etmək səlahiyyətinə malik olub. Çərşənbə axşamı keçirilən gizli səsvermədə Baş Assambleyanın 193 üzvündən 180-i səsvermədə iştirak edib: Ümumilikdə 157 ölkə Çexiyaya səs verib, 23-ü isə bitərəf qalıb. Xatırladaq ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanı Ukraynaya təcavüz zamanı insan hüquqlarının kobud şəkildə pozulması səbəbindən İnsan Hüquqları Şurasının üzvlüyündən çıxarıb. Layihənin lehinə 93, əleyhinə 24 ölkə səs verib. 58 ölkə isə bitərəf qalıb. Вернуться назад |