Главная > Siyasət > Moldovada deputatlar və yepiskop “Georgi lenti”nə görə cəzalandırılacaqlar
Moldovada deputatlar və yepiskop “Georgi lenti”nə görə cəzalandırılacaqlar11-05-2022, 10:42. Разместил: admin |
Moldovada yüzdən çox insan SSRİ-nin faşist Almaniyası üzərində qələbəsinin simvolu kimi təqdim edilən “Georgi lenti”nin nümayişinə görə inzibati məsuliyyətə cəlb olunacaq. Onlar arasında bir sıra məmurlar, on deputat, Qaqauziya parlamentinin üzvləri, yepiskop və başqaları var. Bildirilir ki, lentə görə inzibati iş üzrə cəzalandırılacaq şəxslərin sayı arta bilər, belə ki, Moldova hakimiyyəti bir gün əvvəl qanun pozuntusuna yol verənləri müəyyənləşdirməkdə davam edir. “103 nəfərin şəxsiyyəti təsbit edilib, 36 nəfərin şəxsiyyəti müəyyənləşdirilir, daha 11 nəfərə qarşı isə qanun pozuntusuna dair protokol artıq tərtib edilib”, – deyə Moldova Polis Baş Müfəttişliyinin rəhbəri Viorel Çerneutsyanu bildirib. Bundan əvvəl Moldova parlamenti “Müqəddəs Georgi” lentinin saxlanmasına və taxılmasına, eləcə də latın hərfləri olan V və Z atributlarından istifadəyə qadağa qoyulmasını təsdiqləmişdi. Qanunu pozanları isə külli miqdarda cərimə və ya ictimai işlər gözləyir. Aprelin 19-da bu qərarı Moldova Prezidenti Maya Sandu təsdiqləyərək “Georgi lenti”ni “tarixin zibil qutusuna” göndərməyin vaxtının gəldiyini bildirmiş və onun “müharibə simvoluna çevrildiyini” qeyd etmişdi. Вернуться назад |