Главная > Siyasət > Fransanın keçmiş baş naziri dörd il azadlıqdan məhrum edildi
Fransanın keçmiş baş naziri dörd il azadlıqdan məhrum edildi9-05-2022, 21:39. Разместил: admin |
![]() Bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib. Qərara əsasən, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək. Onun həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib. Qeyd edək ki, Fiyon və həyat yoldaşı ətrafında qalmaqal 2017-ci ildə keçmiş baş nazirin prezidentliyə namizəd olduğu seçki kampaniyasının qızğın vaxtında yaranıb. Yerli mətbuat Penelope Fiyonun səkkiz il parlament köməkçisi kimi heç bir iş görmədən maaş aldığını yazıb. 2021-ci ilin iyununda Paris Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib və iki il həbsxanada olmaqla, beş il azadlıqdan məhrum etmə cəzası kəsib. Вернуться назад |