Главная > Siyasət / Manset > Azərbaycanla BMT arasında “Mədəniyyət naminə sülh” qlobal çağırışının fəaliyyət planı imzalanıb

Azərbaycanla BMT arasında “Mədəniyyət naminə sülh” qlobal çağırışının fəaliyyət planı imzalanıb


6-05-2022, 09:39. Разместил: admin
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında “Mədəniyyət naminə sülh” (“Peace4culture”) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında baş tutan mərasimdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, İspaniyanın, Pakistanın və s. üzv dövlətlərin BMT-dəki daimi nümayəndələri iştirak edib.


Tədbirdə çıxış edən A.Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığıyla başlayan “Mədəniyyət naminə sülh” layihəsinin fəaliyyət planı artıq hazırdır. “Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir”, - deyən nazir əlavə edib ki, “Mədəniyyət naminə sülh” layihəsində əsas məqsəd post münaqişə dövrlərində mədəniyyətin qorunması, dirçəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsidir: “Mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülh və sabitliyin inkişafı üçün əlverişli vasitə rolunu oynayır. Azərbaycan tarixin bütün dövrlərdə çoxsaylı millətlərin mədəniyyətlərinə ev sahibliyi edib, onların bərabər sülh içində təkmilləşməsinə təkan verib. Bu gün reallaşan və sülhə xidmət edən layihə bizim ənənəvi fəaliyyətimizin tərkib hissəsidir”.

Azərbaycanın hər zaman beynəlxalq arenalarda sülhün təbliğinə xidmət etdiyini deyən nazir layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edib: “Hesab edirəm ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüzün BMT-yə üzv olan bütün ölkələrə öz töhfəsini verəcək. Layihəmiz BMT-yə üzv olan dövlətlər tərəfindən dəstəklənməsi bizi sevindirir və əminik ki, bundan sonra da layihə beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacaq və mədəni sülhün təmin olunmasında və dialoqun qurulmasında dünyamıza öz töhfələrini verəcəklər. Biz mədəniyyət naminə sülhə inanırıq və sülh quruculuğu prosesində bu təşəbbüsümüzün vacib elementləri olan mədəniyyətlərin qorunması, bərpası və davamlı sülhün bərpa konsepsiyasına təkan verəcəyinə şübhəmiz yoxdur”, - nazir əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi “Mədəniyyət naminə sülh” təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülhü, barışı təbliğ edən Azərbaycana dəstəklərini ifadə ediblər.



Вернуться назад