Главная > Siyasət / Manset > Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər
Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər5-05-2022, 22:48. Разместил: admin |
Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib. Onun sözlərinə görə, indi Kremldə iki qruplarşma var. Onlardan biri Putinə deyir ki, mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazımdır. “Bir qrup deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır. İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün şansı qalmayacaq”, - o qeyd edib. Вернуться назад |