Главная > Siyasət / Manset > Anri mesaja cavab verməməkdə ittiham edildi
Anri mesaja cavab verməməkdə ittiham edildi5-05-2022, 11:43. Разместил: admin |
Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la cavab görüşündən sonra mətbuata açıqlama verən “Liverpul”un müdafiəçisi Virdjil van Deyk sabiq fransız futbolçu Tyeri Anridən şikayət edib. Niderlandlı futbolçu deyib ki, o, Tyeri Anriyə mesaj yazsa da qarşı tərəf onun salamını cavabsız qoyub. Öz növbəsində “Liverpul”un vitse-kapitanı Ceymi Karrager T.Anridən məsələyə aydınlıq gətirməsini istəyib. T.Anri tanımadığı nömrələrdən zəng gələndə telefona cavab vermədiyini bildirib. “Onun (Virdjil van Deyki nəzərdə tutur – red) nömrəsi məndə yoxdur. Telefonumu dəyişdirərkən nömrələri də oraya köçürdüm. Lakin Van Deykin nömrəsi məndə olmayıb”, - 44 yaşlı fransız bildirib. Öz növbəsində Ceymi Karrager Virdjil van Deyki hazırda planetin ən güclü futbolçusu olduğunu xatırladıb və Anridən futbolçuya cavab verməsini xahiş edib. Qeyd edək ki, Tyeri Anri hazırda ABŞ-ın CBS Sports televiziya kanalında futbol oyunlarını şərh edir. Вернуться назад |