Главная > Siyasət / Manset > Britaniya kəşfiyyatı: “Rusiya ordusu Ukraynaya hücum nəticəsində xeyli zəifləyib”
Britaniya kəşfiyyatı: “Rusiya ordusu Ukraynaya hücum nəticəsində xeyli zəifləyib”3-05-2022, 18:43. Разместил: admin |
Ukraynaya hücum nəticəsində Rusiya ordusu hazırda həm maddi, həm də konseptual baxımdan xeyli zəifləyib. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat icmalında deyilir. Qeyd edildiyi kimi, 2005-2018-ci illər arasında yüksək keyfiyyətli hava, quru və dəniz vasitələrinə investisiyalar hesabına Rusiyanın müdafiə büdcəsi təxminən iki dəfə artıb. 2008-ci ildən bu yana, sözügedən proses hərbi modernləşdirmə proqramının əsasını təşkil edir. “Lakin fiziki avadanlıqların modernləşdirilməsi Rusiyaya Ukraynada hökmranlıq etməyə imkan vermədi. Həm strateji planlaşdırma, həm də əməliyyatların icrasındakı uğursuzluqlar onun öz say üstünlüyünü həlledici üstünlüyə çevirməsinə mane oldu”, - deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunur. “Rusiya ordusu hazırda Ukraynaya müdaxilə nəticəsində həm maddi, həm də konseptual cəhətdən xeyli zəifləyib. Sanksiyalar səbəbindən bərpa prosesi də çətin olacaq”, - deyə icmalda bildirilir və vurğulanır ki, bu, Rusiyanın hərbi qüvvələrinə qalıcı təsir göstərəcək. Qeyd edək ki, bundan əvvəl Britaniya kəşfiyyatı Rusiya Federasiyasının Ukraynada 120-dən çox batalyon taktiki qrupları yerləşdirdiyini, bu rəqəmin Rusiyanın quru qoşunlarının 65%-ni təşkil etdiyini bildirmişdi. Вернуться назад |