Главная > Siyasət > Rusiya Qələbə paradında az sayda texnika və əsgər nümayiş etdirəcək
Rusiya Qələbə paradında az sayda texnika və əsgər nümayiş etdirəcək30-04-2022, 19:15. Разместил: admin |
Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, 9 may 2022-ci ildə Qırmızı meydanda keçiriləcək paradda bir il əvvəlkindən daha az sayda əsgər və texnika olacaq. Artıq məlumdur ki, bu il heç bir xarici lider Moskvaya Qələbə Gününə gəlməyəcək. Rusiya Müdafiə Nazirliyinin cümə günü dərc etdiyi parad kolonlarının tərkibinə dair məlumatlara əsasən, 2022-ci ildə keçiriləcək paradda 129 hərbi texnika iştirak edəcək ki, 2021-ci ildə bu rəqəm 191 olub. Piyadalar cərgəsində kazaklar, “Yunarmiya” hərbləşdirilmiş hərəkatının əsgərləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla, təxminən 10 000 nəfər meydandan keçəcək. 2021-ci ildə isə paradda 12 min insan iştirak edib. Hər beş nəfərdən biri zabitdir. Bu da Rusiyanın Ukrayna ilə müharibədə təsdiqlənmiş itkiləri barədə bir göstəricidir. Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi kolonların keçidi prosedurundan o nəticəyə gəlmək olar ki, 2021-ci ildə paradda iştirak etmiş bəzi hərbi texnika növləri bu il Qırmızı Meydanda nümayiş etdirilməyəcək. Bir il əvvəl paradda olan, lakin 2022-ci ildə nümayiş olunmayacaq avadanlıqlar arasında T-80BVM tankları, 2S35 Koalisiya-SV özüyeriyən artilleriya qurğuları, TOS-1A “Solnsepek” ağır alov qurğuları sistemləri, “Pansir-S” zenit kompleksi, eləcə də Milli Qvardiyanın bütün maşınları və s. var. Вернуться назад |