Главная > Siyasət / Manset > İqor Koziy: “Bu, Rusiya ilə Ukrayna arasında sivilizasiyalı qarşıdurmadır” - Kiyevdən MÜSAHİBƏ
İqor Koziy: “Bu, Rusiya ilə Ukrayna arasında sivilizasiyalı qarşıdurmadır” - Kiyevdən MÜSAHİBƏ30-04-2022, 15:48. Разместил: admin |
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının ikinci mərhələsinin (əslində müharibənin) başlandığını elan etdikdən sonra Rusiya Dövlət Duması Ukrayna ərazisində yeni “respublikaların” yaranmasına icazə verdi. Yeri gəlmişkən, bunu üzdəniraq deputat Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Ukraynanın “azad edilmiş” şəhərləri artıq Kiyevin nəzarəti altına qayıtmayacaq - bu ərazilər ya yeni müstəqil “respublikalara” birləşə, ya qismən “DXR” və ya “LXR” ilə ittifaqa, ya da Rusiyanın tərkibinə daxil ola bilərlər. Rusiya Federasiyası müharibənin birinci mərhələsini uduzdu, blitzkriq baş vermədi, indi ikinci mərhələ elan edildi, bəs bunun mənası nədir? Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Oxu.Az-a müsahibəsində qeyd edib ki, hərbdə “mərhələ” anlayışı yoxdur: - Rusiya strateji və siyasi məqsədi müstəqil Ukraynanı məhv etməkdən ibarət olan əməliyyat keçirir. Hərbi məqsəd bütün Ukraynanı ələ keçirməkdir. Və birdən strateji əməliyyat irəliləyə bilməsə, onu düzəltməyə başlayırlar. Amma nəticədə bu, yenə də eyni əməliyyatdır. İndi isə olanlara əməliyyat sənəti nöqteyi-nəzərindən baxaq. Rusiyada sadəcə olaraq kifayət qədər gücə malik olmadıqlarını başa düşüblər. Onlar konkret bir sahəyə cəmləşmək, orada möhkəmlənmək istəyirlər. Bundan sonra da tədricən başqa əraziləri götürməyə çalışacaqlar. Bu təcrübə hücum üçün tramplin olan “DXR” və ya “LXR” üzərində sınaqdan keçirilib. İndi onlar Xerson və Zaporojyedə birdən-birə bir-biri ilə birləşməyə başlayacaq, yeni “xalq respublikaları” yaratmağa çalışacaqlar. Bu, köhnə təcrübədir. Rusiya başqa alət axtarır: çəkiclə mismar vura bilmirsənsə, ağır çəkic götür. - Belə çıxır ki, müharibə çox uzun müddət davam edə bilər? Rusiya hərbçiləri müəyyən bir ərazidə yerləşdirilib və bir müddət sonra onu genişləndirməyə çalışacaqlar... - Mən də məhz bundan bəhs edirəm. Rusiya ilə Ukrayna arasındakı bu sivilizasiyalı qarşıdurma qısa zamanda həll ediləsi deyil. Sivilizasiyaların, fəlsəfələrin müharibəsi gedir, bir tərəfdən demokratik rejim, digər tərəfdən diktatura rejimi var. Yeri gəlmişkən, bunu Moskvada yaxşı anlayırlar. - Maraqlı bir bənzətmə etdiniz - çəkiclə mismar vura bilmirsinizsə, onda ağır çəkic götürün. Rusiya hansı şərti “ağır çəkic”ə qədər vəziyyəti çatdıra bilər? Rusiya Federasiyasının əsas arqumenti nüvə silahıdır... - Başqa cür də ifadə etmək olar. Ağır çəkic var idi, çəkic götürdülər. Bununla belə, məsələnin mahiyyəti dəyişmir. Nüvə silahından alət kimi istifadə edə bilərlərmi? Edərlər! Bəs hansı mərhələdə, nə vaxt? Bəs Rusiya strateji və hətta taktiki nüvə silahlarının buraxılmasının aşkar edilməyəcəyinə əmindirmi? Bu silahlar raketdən müdafiə sistemlərini məhv edə bilər. Bəli, Rusiya rəhbərliyi istənilən halda risk edə bilər. Bəs bu, nəyə gətirib çıxaracaq? Rusiya cavabını alacaq. Yeri gəlmişkən, radioaktiv buludların hara gedəcəyini kim bilir? - Qarşılıqlı sual verim - Rusiya televiziyasındakı “danışan başlar” bununla maraqlanırlarmı? Ümumi bir mesaj var: Özümüz ölsək belə, hamını öldürəcəyik... - Bu, düşünülmüş məntiqdir ki, informasiya müharibəsi çərçivəsində başlayıb. Bu, qorxuya düşə bilənləri qorxutmaq məqsədi daşıyır. Ukrayna isə artıq güclü Rusiya Federasiyasının olmadığını göstərdi. Korrupsioner Rusiya var, hətta SSRİ-nin də mirasını oğurlayıb, raketləri var, havaya qalxıb dərhal düşür, tankları var, paradlarda dayanır, hətta alovlanır. Biri digərini təhdid edirsə, bu, zəiflikdir. Əgər güc tətbiq etmək istəyirsinizsə, cəhd edin. Gəlin görək nə baş verir?! Və yekunda demək istəyirəm ki, bu gün Azərbaycan düşünülmüş siyasət yürüdür. Mən Ukrayna nöqteyi-nəzərindən yanaşıram, ölkənizin Ukraynaya göstərdiyi yardımı görürəm. Вернуться назад |