Главная > Siyasət / Manset > Ərdoğan Səudiyyə kralı ilə görüşdü

Ərdoğan Səudiyyə kralı ilə görüşdü


29-04-2022, 15:00. Разместил: admin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Əl-Salam sarayında keçirilən mərasimdə iki ölkənin dövlət himnləri səsləndirilib.

Qarşılama mərasimindən sonra prezident Ərdoğan və kral Salman nümayəndə heyətlərini bir-birlərinə təqdim ediblər.

Mətbuata qapalı keçirilən təkbətək görüşün ardından Ərdoğan və Salman axşam yeməyində bir araya gəliblər.
Вернуться назад