Главная > Siyasət / Manset > ATƏT Ukraynadakı missiyasını bağlayır
ATƏT Ukraynadakı missiyasını bağlayır28-04-2022, 20:43. Разместил: admin |
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası bağlanacaq. “Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Mariya Şmid bildirib. Onların sözlərinə görə, bu günATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasını bağlamaq üçün təcili addımlar atılacaq. Şmid bildirib ki, ATƏT mümkün qədər məsuliyyətli və sərfəli şəkildə missiyanı bağlamaq üçün təcili tədbirlər görəcək, eyni zamanda bütün Ukrayna ərazisində missiya üzvlərinin təhlükəsizliyini prioritet olaraq qoruyacaq. Вернуться назад |