Главная > Siyasət / Manset > Ərdoğan Baydenə cavab verdi

Ərdoğan Baydenə cavab verdi


25-04-2022, 21:16. Разместил: admin
Anadoluda həyatını itirən müsəlmanların sayı ölən ermənilərin sayından daha çoxdur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısınının sədrliyilə baş tutan Nazirlər Kabinetinin iclasının ardından mətbuat qarşısına çıxan Türkiyə prezidenti qondarma erməni soyqırımı ilə bağlı amerikalı həmkarı Co Baydenin açıqlamalarına da cavab verib.

“Anadoluda həyatını itirən müsəlmanlar ölən ermənilərin sayından daha çoxdur. Tarixçilərin müzakirə etməli olduğu mövzuların siyasətçilərin təbliğat alətlərinə çevrilməsini qəbul etmirik. Bəzilərinin tanıdığı erməni iddialarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. ABŞ Prezidenti Cozef Baydenin açıqlamalarını da belə qiymətləndirir və ona əhəmiyyət belə vermək istəmirik. Bayden ermənilərlə bağlı tarixi yaxşı bilməlidir. Onları bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlamağımız mümkün deyil”, - deyə dövlət başçısı bildirib.
Вернуться назад