Главная > Siyasət / Manset > Zelenski Makronu qələbəsi münasibətilə təbrik edib

Zelenski Makronu qələbəsi münasibətilə təbrik edib


25-04-2022, 14:49. Разместил: admin
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu bu vəzifəyə təkrar seçilməsi münasibətilə təbrik edib.

"Ukraynanın əsl dostu Emmanuel Makronu təkrar prezident seçilməsi münasibətilə təbrik edirəm! Ona Fransa xalqının rifahı naminə yeni uğurlar arzulayıram. Mən onun dəstəyini yüksək qiymətləndirirəm və əminəm ki, biz birlikdə yeni ümumi qələbələrə doğru irəliləyirik. Güclü və vahid Avropaya doğru!” – deyə Zelenski bəyan edib.
Вернуться назад