Главная > Siyasət / Manset > Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq etməyə hazırlaşır

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq etməyə hazırlaşır


25-04-2022, 13:00. Разместил: admin
Avropa İttifaqı Moskvaya qarşı Rusiyadan neft idxalına təsir edəcək altıncı sanksiyalar paketini hazırlayır.

Bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis “Times” qəzetinə müsahibəsində bildirib.

“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik, baxılan məsələlərdən biri də neft embarqosunun bir formasıdır. Biz sanksiyalar tətbiq edəndə bunu elə etməliyik ki, bu, Rusiyaya təzyiqi artırsın, eyni zamanda özümüzə ziyanı minimuma endirsin”, - deyə Dombrovskis bildirib.

AK-nin vitse-prezidentinin sözlərinə görə, Rusiya nefti ilə bağlı sanksiyaların detalları hələ razılaşdırılmayıb. O qeyd edib ki, bunlara Rusiya neftinin mərhələli şəkildə dayandırılması və ya müəyyən qiymət həddini aşan ixraca tariflərin tətbiqi daxil ola bilər.
Вернуться назад