Главная > Siyasət / Manset > Putin Mişellə Qarabağı müzakirə etdi
Putin Mişellə Qarabağı müzakirə etdi22-04-2022, 19:47. Разместил: admin |
Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasına dair addımlar və sülh müqaviləsi üzrə danışıqlar barədə məlumat verib. Kremldən yayılan xəbərə görə, telefon danışığı zamanı Putin və Mişel Ermənistan və Azərbaycan liderləri ilə son təmaslarını nəzərə alaraq, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna toxunublar. Söhbət zamanı Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti təsdiqlənib. Вернуться назад |