Главная > Siyasət / Manset > Zelenski Ukraynanın itkilərini açıqladı

Zelenski Ukraynanın itkilərini açıqladı


22-04-2022, 09:13. Разместил: admin
Rusiyanın xüsusi hərbi əməliyyatı nəticəsində Ukraynanın itkiləri 550 milyard dollar qiymətləndirilir.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BVF və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masada deyib.

“İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib”, - Zelenski deyib.

O bildirib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac duyur: “Sizin dəstəyinizlə biz tez bir zamanda ölkəmizi yenidən quracağıq ki, bu da müxtəlif ölkələrdən yeni biznes imkanları deməkdir”.
Вернуться назад