Главная > Siyasət > Daha bir şirkət Rusiyada müştəri xidmətini dayandırdı

Daha bir şirkət Rusiyada müştəri xidmətini dayandırdı


19-04-2022, 11:20. Разместил: admin
ABŞ-ın “McKinsey” konsaltinq şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı müştəriləri ilə əməkdaşlığı dayandırıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, Rusiyada müştərilərə bütün xidmətlərin göstərilməsi 15 aprel tarixindən dayandırılıb. Qeyd olunub ki, sözügedən qərar şirkətin martın 3-də Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyi ilə bağlıdır.
Вернуться назад