Главная > Siyasət / Manset > Buçada baş verənləri Britaniyanın xüsusi əməliyyatı adlandırdı

Buçada baş verənləri Britaniyanın xüsusi əməliyyatı adlandırdı


12-04-2022, 20:38. Разместил: admin
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanın Buça şəhərində baş verən hadisələri müzakirə edib.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Lukaşenko açıqlayıb.

Lukaşenko, həmçinin Buçada baş verənləri Britaniyanın xüsusi əməliyyatı adlandırıb: “Biz bu gün ingilislərin həyata keçirdiyi psixoloji xüsusi əməliyyatı müzakirə etdik”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.
Вернуться назад