Главная > Siyasət / Manset > Rusiya Ukraynaya göndərdiyi humanitar yardımı açıqladı

Rusiya Ukraynaya göndərdiyi humanitar yardımı açıqladı


12-04-2022, 09:14. Разместил: admin
Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ukraynaya 10 800 tondan çox humanitar yardım göndərib.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

“Rusiya martın 2-dən etibarən artıq Ukraynaya 10 807,3 ton humanitar yük çatdırıb, 803 humanitar aksiya keçirib. Bu aksiyalar zamanı mülki vətəndaşlara 492 ton zəruri mallar, dərmanlar və qidalar çatdırılıb”, - deyə Mizintsev bildirib.
Вернуться назад