Главная > Siyasət > Azərbaycan Tsxinvalidə keçirilmiş seçkilərin nəticələrini tanımır - XİN

Azərbaycan Tsxinvalidə keçirilmiş seçkilərin nəticələrini tanımır - XİN


11-04-2022, 15:19. Разместил: admin
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Bu barədə XİN-dən “Azadsəs.az”a bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Вернуться назад