Главная > Siyasət / Manset > Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar

Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar


8-04-2022, 11:21. Разместил: admin
Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunmağa başlayandan ölkəni lazımi icazə olmadan tərk edən bütün kişilər izahat almaq üçün geri qayıdarkən saxlanılacaqlar.

“Azadsəs.az” xəbər verir ki, bunu Ümumkrayna telemarafonunun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, fevralın 22-dən sonra Ukraynanı tərk edənlərin hamısı qeydə alınıb. Onlar geri dönərkən hansı məntəqədən keçərək, hansı hüquqi sənədlər əsasında ölkəni tərk etdiklərini izah etməli olacaqlar.
Вернуться назад