Главная > Siyasət / Manset > Bu ölkə Rusiya ilə münasibətlərin səviyyəsini endirdi

Bu ölkə Rusiya ilə münasibətlərin səviyyəsini endirdi


4-04-2022, 18:49. Разместил: admin
Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini endirmək barədə qərar qəbul edib.

“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın ölkədəki səfiri Litvanı tərk etməli olacaq. Bununla yanaşı, Litvanın Moskvadakı səfiri də yaxın zamanlarda Rusiyadan gedəcək.

Ölkənin belə bir addım atmasına səbəb Rusiyanın hazırda Ukraynada apardığı müharibədir.
Вернуться назад