Главная > Siyasət > Müdafiə Nazirliyi: Qarabağda yenidən müharibə başlanarsa Ermənistan məğlub olacaq

Müdafiə Nazirliyi: Qarabağda yenidən müharibə başlanarsa Ermənistan məğlub olacaq


1-06-2020, 10:48. Разместил: azadses
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən işğal olunan ərazilərin azad olunması üçün güc tətbiq etməyə hazır olduğunu bəyan edib.
“Düşmənlə danışmağın yeganə dili silah gücüdür”, - nazirliyin bəyanatında qeyd olunur.
Azad Səs-in məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.
“Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik", - MN-dən vurğulanıb.

Вернуться назад