Главная > Siyasət / Manset > “Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir

“Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir


4-04-2022, 07:35. Разместил: admin
Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı dövlət başçısı Aleksandar Vuçiç lider olub.

Bunu seçkilərdə keçirilən “exit-poll”un nəticələri göstərir.

“Ipsos” Araşdırma Mərkəzi və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) birgə məlumatlarına əsasən hazırkı dövlət başçısı rəqiblərini üstələyib.

“Exit-poll”un nəticələrinə görə, Vuçiçin lideri olduğu hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi “Birlikdə hər şeyi edə bilərik” koalisiyası 43,6% səs toplayıb. Siyahıda ikinci yerdə Marinika Tepiçin rəhbərlik etdiyi “Serbiyanın Qələbəsi Naminə Birlik” koalisiyası 12,9% qərarlaşıb. Üçüncü yerdə İvitsa Daçiçin sədri olduğu Serbiya Sosialist Partiyası rəhbərlik etdiyi koalisiya 11,6% mövqe tutub.

Qalan partiyalar 3 %-lik baryeri aşa bilməyib.

Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib.

Eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib.

Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılıb.
Вернуться назад