Главная > Siyasət > Ukrayna səfirliyindən Bakıdakı partlayışla bağlı paylaşım

Ukrayna səfirliyindən Bakıdakı partlayışla bağlı paylaşım


3-04-2022, 19:46. Разместил: admin
Ukraynanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı paylaşım edib.

“Azadsəs.az” xəbər verir ki, səfirliyin rəsmi feysbuk hesabında edilən paylaşımda bildirilir:

“Bakının mərkəzində gecə baş verən partlayış nəticəsində ölənlərin olması xəbəri bizi son dərəcə sarsıtdı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik”.
Вернуться назад