Главная > Siyasət / Manset > “Müasir dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır” - Peskov

“Müasir dünyada Ərdoğan kimi müstəqil siyasətçi azdır” - Peskov


3-04-2022, 16:43. Разместил: admin
"Müasir dünyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi öz qərarlarını verməkdə müstəqil siyasətçi azdır".

“Azadsəs.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu fikri “Rossiya-1” telekanalının efirində “Moskva, Kreml, Putin” proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

"Əlbəttə, hamı amerikalıların dəhşətli təzyiqi altındadır. Və heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etməyə güc tapmır”, - Peskov qeyd edib.

Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir:

“Lakin, bu məsələdə bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir və "yox" olan yerdə də açıq şəkildə "yox" deyir”.
Вернуться назад