Главная > Siyasət > Ermənistanın Rusiyaya xəyanəti: KTMT üzvü olan ölkə NATO-ya meyillənir - ŞƏRH
Ermənistanın Rusiyaya xəyanəti: KTMT üzvü olan ölkə NATO-ya meyillənir - ŞƏRH2-04-2022, 19:36. Разместил: admin |
“İkiüzlülük Ermənistanın klassik üslubudur. Tarix boyu hələ dövlətçiliklərinin mövcud olmadığı zamanlarda belə bir-birinə tamamilə rəqib olan dövlətlərlə əməkdaşlıq edərək, mövcudluqlarını təmin etməyə çalışıblar. Həmin davranışlarının Azərbaycana münasibətdə də şahidi olmuşuq. Azərbaycanın 200 il öncə öz torpaqlarında onlara yer ayırmasına baxmayaraq, zamanla ermənilər bu əraziləri ələ keçirilmək istiqamətində fəaliyyət göstəriblər”. Bu fikirləri “Report”a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib O bildirib ki, bugünkü Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqlarında mövcuddur: “Eyni iddialar SSRİ süquta uğradığı ərəfədə Azərbaycana qarşı irəli sürüldü. Bu hadisələr hər kəsin gözü qarşısında baş verib. Ermənistanın ikiüzlü siyasətindən təəccüblənmək lazım deyil. Çünki bu erməni siyasətinə xarakterikdir. İndiki şəraitdə də NATO ilə Rusiya arasında manipulyativ hərəkətlər etmək isə ümumiyyətlə nonsensdir. Çünki Ermənistan faktiki olaraq KTMT-də təmsil olunur. Bu təşkilatın üzvü olan bir dövlətin başqa bir hərbi siyasi bloka meyillənməsi tarix boyu rast gəlinməmiş yanaşmadır. Ermənistanın NATO-ya meyillənməsi həm KTMT-yə, həm də orada dominant rol oynayan Rusiyaya xəyanət kimi dəyərləndirilməlidir”. Politoloq vurğulayıb ki, Ermənistanın “Su-30” qırıcılarının Ukraynaya göndərməsi çox gülüncdür: “Mahiyyət etibarı ilə bu da Ermənistanın ikibaşlı oyununu sübuta yetirir. Bir tərəfdən Rusiya ilə hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyir və onun atdığı addımlarda iştirak etdiyini ortaya qoymaq istəyir. Digər tərəfdən isə bunun belə olmadığını sübut etmək üçün NATO qarşısında özünü təmizə çıxarmağa çalışır. Ermənistan qırıcılarının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi faktdır və həmin təyyarələrin hərəkəti üzrə müvafiq qaydada kosmik görüntülər əldə olunmaqla sübuta yetirilib. Bu faktın təsdiqini tapmasına baxmayaraq, Ermənistan həmin qırıcıları əməliyyatlardan sonra öz ərazisinə gətirib, NATO attaşelərinə göstərir ki, bu qırıcılar hərbi əməliyyatlarda iştirak etməyib. Bir tərəfdən Rusiya tərəfində olduğunu göstərmək istəyir, digər tərəfdən isə NATO qarşısında özünü təmizə çıxarır”. Вернуться назад |