Главная > Siyasət / Manset > ABŞ Ukraynaya Sovet istehsalı olan tankların çatdırılmasına kömək edəcək

ABŞ Ukraynaya Sovet istehsalı olan tankların çatdırılmasına kömək edəcək


2-04-2022, 19:00. Разместил: admin
ABŞ Avropadakı müttəfiqləri tərəfindən saxlanılan Sovet istehsalı olan tankların Ukraynaya verilməsində vasitəçi rolunu oynayacaq.

“The New York Times” ABŞ prezident administrasiyasının adının açıqlanmayan nümayəndəsinə istinadla bu barədə xəbər yayıb.

Tankların tədarükü yaxın vaxtlarda başlayacaq, Ukraynaya neçə ədəd zirehli texnikanın veriləcəyi və onların hansı ölkələrdən gələcəyi açıqlanmır.

NATO ölkələrini Ukraynaya tank və hərbi təyyarələr verməyə çağıran Ukrayna Prezidenti Volodimir Zelenskinin tələbinə cavab olaraq ABŞ belə addım atıb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfədir ki, ABŞ Ukrayna qoşunlarına tankların verilməsində birbaşa iştirak edir. Keçmişdə ABŞ hökuməti Ukraynaya silah ötürürdü, Amerika tərəfi bunun müdafiə xarakteri daşıdığını deyirdi.
Вернуться назад