Главная > Siyasət / Manset > “Rusiyalı oliqarxlar yaxta və təyyarələrini gizlədirlər”

“Rusiyalı oliqarxlar yaxta və təyyarələrini gizlədirlər”


2-04-2022, 17:08. Разместил: admin
“ABŞ prokurorluğu rusiyalı oliqarxların Rusiyanın Ukraynaya qarşı hücumundan sonra tətbiq edilən sanksiyalardan yayınmağa çalışdığına dair sübutlar aşkar edib”.

“Azadsəs.az” xəbər verir ki, bunu ABŞ prokuroru Endryu Adams “Reuters” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, rusiyalı oliqarxlar öz yaxtalarını, təyyarə və digər əmlaklarını gizlətməyə çalışırlar:

“Beynəlxalq ictimaiyyət bu cür faktların aşkar edilməsi üçün yüksək səviyyədə əməkdaşlıq edir. Lakin bəzən oliqarxların bütün dünya üzrə saxta şirkətlər vasitəsilə gizlədilən əmlakını izləmək çətin olur”.

O bildirib ki, rusiyalı oliqarxlar öz əmlaklarını başqa ölkələrdə gizlədirlər.


Вернуться назад