Главная > Siyasət / Manset > MAQATE Çernobıla missiya göndərəcək

MAQATE Çernobıla missiya göndərəcək


2-04-2022, 11:23. Разместил: admin
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıla xüsusi missiya göndərəcək.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “Euronews” xəbər verir.

“MAQATE yaxın bir neçə gün ərzində Agentliyin ilk yardım və dəstək missiyasının (Çernobıl) göndərilməsi ilə bağlı Ukrayna hakimiyyət orqanları ilə sıx məsləhətləşmələr aparır”, - məlumatda deyilir.

MAQATE mütəxəssisləri Çernobıldakı radioaktiv tullantı obyektlərini yoxlayacaq.

Daha sonra MAQATE-nin baş direktoru Rafael Qrossi Çernobıldakı xüsusi əməliyyata şəxsən rəhbərlik edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynada nüvə təhlükəsizliyi üzrə ilk belə missiya olacaq.
Вернуться назад