Главная > Siyasət / Manset > Putinlə Paşinyan telefonla danışdı

Putinlə Paşinyan telefonla danışdı


1-04-2022, 20:15. Разместил: admin
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, Putinlə Paşinyan Qarabağ bölgəsində sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi aparıblar.

Əlavə edilir ki, Putinlə Paşinyan arasında söhbət zamanı Qarabağla bağlı üçtərəfli razılaşmalara ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib.


Вернуться назад