Главная > Siyasət / Manset > Ukrayna ekspertləri Ermənistanın Rusiyaya qırıcı göndərməsini şərh edib - VİDEO

Ukrayna ekspertləri Ermənistanın Rusiyaya qırıcı göndərməsini şərh edib - VİDEO


30-03-2022, 18:53. Разместил: admin
Ermənistanın Rusiyaya Ukraynada müharibə apardığı bir vaxtda göndərdiyi dörd ədəd “Su-30” bombardmançı təyyarə dünya ictimaiyyətinin sərt qınağına tuş gəlib.

Belə ki, Ukrayna müharibəsində Rusiya Ordusuna Ermənistanın dəstəyi birmənalı olaraq irticaçı missiya kimi qiymətləndirilir.

Hərbi ekspert Aleksandr Kovalenko deyir ki, bu fakt reallaşsa, Ermənistan sanksiyalara məruz qala bilər.

“Ermənistan-Azərbaycan münaqişəsi fonunda bu qərar minimum Qərbə, maksimum öz xalqına qarşı xəyanət kimi qiymətləndirilə bilər”, - bunu isə digər hərbi ekspert Dmitri Qromakov deyib.

“Qonşu ölkə ilə münaqişə şəraitində olan bir ölkənin öz qırıcılarını başqa ölkəyə verməsi hərbi cinayətdir. Əslində, bu qırıcılar müharibənin gedişatına təsir etməyəcək və Rusiyanı yaranmış vəziyyətdən çıxarmayacaq”, - deyə o əlavə edib.


Вернуться назад