Главная > Siyasət / Manset > “Delyaqinin Azərbaycanla bağlı açıqlaması yolverilməzdir” - Zaxarova

“Delyaqinin Azərbaycanla bağlı açıqlaması yolverilməzdir” - Zaxarova


29-03-2022, 19:53. Разместил: admin
“Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlaması Moskvanın mövqeyinə uyğun deyil”.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Biz bu cür açıqlamaları yolverilməz hesab edirik”, - deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı “proksi dövlət” adlandırıb.

Bununla yanaşı, proqram zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunub:

“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”.
Вернуться назад