Главная > Siyasət / Manset > Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı şərtlərini açıqladı

Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı şərtlərini açıqladı


29-03-2022, 17:19. Разместил: admin
[left]Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri, ukraynalı millət vəkili David Araxamia Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı şərtlərini açıqlayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “RBK Ukraina” yayıb.

Araxamianın sözlərinə görə, Ukrayna BMT Təhlükəsizlik Şurasının ölkələrini, eləcə də Böyük Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Polşa və İsraili qarant ölkələr olaraq görmək istəyir və digər dövlətlər də arzu edərsə, sazişə qoşula bilərlər.

Onun sözlərinə görə, Kiyev Ukrayna üçün yeni təhlükəsizlik təminat sistemi təklif edir və gələcək razılaşmada müəyyən edir ki, nəsə baş verərsə, 3 gün ərzində məsləhətləşmələr aparılmalı, bundan sonra zamin ölkələr Ukraynaya yardım göstərməlidir.

Qeyd olunub ki, Rusiya ilə təhlükəsizlik zəmanətləri mövzusunda razılığa gəlmək mümkün olmayıb.
Вернуться назад