Главная > Siyasət / Manset > “ABŞ siyasəti Putini devirmək məqsədi daşımır” - Bayden
“ABŞ siyasəti Putini devirmək məqsədi daşımır” - Bayden29-03-2022, 09:00. Разместил: admin |
“ABŞ Vladimir Putinin Rusiya prezidentliyindən uzaqlaşdırılmasına yönəlmiş siyasət aparmır”. “Azadsəs.az” xəbər verir ki, bunu bazar ertəsi Amerika lideri Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Baydendən martın 26-da Varşavaya səfəri zamanı Putin haqqında danışarkən “bu adam hakimiyyətdə qala bilməz” deyərkən verdiyi açıqlamaları izah etməsi istənilib. "Mən qəzəbimi bildirdim ki, lakin bu, bizim əsas siyasətimizin Putini devirmək üçün hər hansı bir addım atmaqdan ibarət olması anlamına gəlmir. ABŞ-ın Rusiyaya qarşı siyasətində heç bir dəyişiklik yaranmayıb”, - deyə Bayden bildirib. Ondan dediklərindən peşman olub-olmadığını soruşduqda isə Bayden belə cavab verib: “Mən hiss etdiyim mənəvi qəzəbi ifadə etdim və buna görə üzr istəmirəm”. Вернуться назад |